Simsar.az | bizi özünüzə Simsar bilin
Gürcüstan hakimiyyəti azərbaycanlılara qarşı səhvini düzəltdi

Kəndlərin əvvəlki adları qaytarıldı

Bir neçə müddətdir ki, Marneuli rayonunda azərbaycanlıların yaşadığı kəndlərin adları ilə bağlı yaranan anlaşılmazlıq həllini tapıb.

Simsar.az-ın məlumatına görə, Gürcüstan www.reestri.gov.ge dövlət reyestr saytında yerləşdirilmiş xəritələrin birində kəndlərimizin adları səhv olaraq qeyd edilsə də, bu sonradan aradan qaldırılıb.

Məlumata görə, Kvemo Kartli bölgəsinin qubernatoru David Kirkitadze, onun müavini Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov bu məsələyə aid olan dövlət strukturlarının rəhbərləri ilə görüşüb və yuxarıda qeyd edilmiş anlaşılmazlığa aydınlıq gətirilib. Daha sonra qubernatorun göstərişi ilə Marneuli rayonunun icra başçısı Zaza Dekonaidze və rayon bələdiyyə sədri İspandiyar Kərimov Gürcüstan dövlət reyestirnə rayonun həqiqi xəritəsini tədqim ediblər. Reyestr də öz növbəsində adı çəkilən saytda yerləşdirilmiş xəritədəki səhvləri düzəldib və problem aradan qaldırılıb.

15 Aprel, 2011  21:52 Baxılıb: 1193

Bu bölmədə