Simsar.az | bizi özünüzə Simsar bilin
Həbs olunma xəbərini Arif Qaraşov özü də təkzib etdi -YENİLƏNİB

"İnformasiyanı məqsədli şəkildə mətbuata ötürənlərə isə deyəcəklərim var"

Qaynar.info saytına açıqlamasında həbs olunması ilə bağlı xəbəri təkzib edən Dövlət Reyestr Xidmətinin keçmiş rəisi Arif Qaraşov bunları deyib.  “Məni heç kəs həbs etməyib və hazırda şəhərin Nərimanov rayonu ərazisindəyəm. Bu informasiyanı məqsədli şəkildə mətbuata ötürənlərə isə deyəcəyim budur ki, mən hər zaman dövlətçilik üçün çalışan bir məmur olmuşam və bu gündə eyni mövqedəyəm”.

 

Respublika Baş Prokurorluğu Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin keçmiş rəisi Arif Qaraşovun həbsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-nın sorğusuna cavabında bəzi saytlarda yayılan məlumatın yalan olduğunu bildirib: “Bəzi Kütləvi İnformasiya Vasitələrində Arif Qaraşovun həbs edilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir və tərəfimizdən təkzib olunur”.

Qeyd edək ki, bu gün bəzi internet saytları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin keçmiş rəisi Arif Qaraşovun həbs olunması barədə məlumat yayıb.

16 Aprel, 2011  19:14 Baxılıb: 3631

Bu bölmədə