Simsar.az | bizi özünüzə Simsar bilin
Qobustan həbsxanasının iki əməkdaşı korrupsiyada ittiham olunur

İsraf etmə (179.2-ci) maddələri ilə cinayət işi başlanıb

Qobustan həbsxanasının iki əməkdaşı korrupsiyada ittiham olunur.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev Trend-ə bildirib ki, həbsxananın təsərrüfat şöbəsinin rəis müavini və yeməkxananın rəhbərinə qarşı Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə (308.1-ci) və mənimsəmə və ya israf etmə (179.2-ci) maddələri ilə cinayət işi başlanıb.

İdarə rəisi bildirib ki, bununla bağlı Ədliyyə Nazirliyi tərəfindən xidməti təhqiqat aparılıb və nəticələrinə hüquqi qiymət verilməsi üçün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə göndərilib.

Əliyev həmin şəxslər barəsində hələlik həbs qətimkan tədbirinin seçilmədiyini deyib.

Həbsxana əməkdaşları məhkumlar üçün ayrılmış ərzaq məhsullarının mənimsənilməsində ittiham olunurlar.

15 Aprel, 2011  20:51 Baxılıb: 1181

Bu bölmədə