Simsar.az | bizi özünüzə Simsar bilin
Sabah İran, Azərbaycan və Türkiyə xarici işlər nazirləri görüşəcək

Sabah İranın Urmiya şəhərində İran, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin görüşü keçiriləcək

APA-nın İRNA agentliyinə istinadən verdiyi məlumata görə, İranın xarici siyasət idarəsinin rəhbəri Əli Əkbər Salehi deyib ki, bu görüşdə əsas diqqət ölkələr arasında iqtisadi-ticarət münasibətlərinin daha da canlanmasına və sərhədyanı əlaqələrin sadələşdirilməsinə yönəldiləcək. Salehi bildirib ki, Urmiya şəhərinin hər üç dövlətin sərhədlərinin kəsişdiyi bir nöqtədə yerləşməsi buranı ölkələrarası ticarət dövriyyəsinin genişləndiriməsi baxımından mühüm yerə çevirir: “Görüş üç dövlət arasında ticarət münasibətlərin təkmilləşdirilməsi və genişləndirilməsi istiqamətində mühüm addım olacaq”.

Azərbaycan Xarici İşlər Nazirlyindən APA-ya bildiriblər ki, Elmar Məmmədyarov, Əhməd Davudoğlu və Əli Əkbər Salehi arasında baş tutacaq görüşdə iqtisadi münasibətlərlə yanaşı, regional problemlər ətrafında da fikir mübadiləsi aparılacaq.

15 Aprel, 2011  19:24 Baxılıb: 1208

Bu bölmədə