Simsar.az | bizi özünüzə Simsar bilin
Bahar Muradova səfirləri ittiham etdi

“Radikal müxalifət təkcə Yeni Azərbaycan Partiyasının üzvlərinə yox, parlamentdə təmsil olunan müxalifətin digər nümayəndələrinə belə düşmənçilik hissləri bəsləyirlər”

Simsar.az-ın məlumatına görə, bu sözləri Milli Məclisin vitse-spikeri Bahar Muradova parlamentin bu gün keçirilən iclasında deyib.
B.Muradova bildirib ki, radikal müxalifət millət vəkilləri İqbal Ağazadəni, Fazil Mustafanı, Qüdrət Həsənquliyevi da düşmən kimi qələmə verirlər. Vitse-spiker buna misal kimi onların tez-tez səsləndirdiyi “İqbal Ağazadə İctimai Palataya gəlməsin” çağırışlarını göstərib. “Yaxşı, parlamentdəki müxalifət də xalqa düşməndir? Bu gün narahatlığa yox deyənlər ilə şərikəm, amma nədən siz məni, onu və qeyrisinin bu parlamentdə xalqın və dövlətin marağına uyğun məsələlər mövqeyindən çıxış etməyimizi, narahatlığımızı qəbul etmək istəmirsiniz?! Səfirlər də bizim strateji müttəfiqlərimizdir. ABŞ və digər ölkələrin səfirliklərinin nümayəndələri düşünmürlər ki, bu hərəkətlər Azərbaycanla münasibətə xələl gətirə bilər. Həmin ölkələrin bölgəmizdə maraqları var. Bu maraqlarının yerinə yetməsini istəyirlərsə, bizim maraqlarımıza da hörmət etməlidirlər” - deyə, B.Muradova vurğulayıb. Vitse-spiker tələb edib ki. səfirlər bu məsələ ilə bağlı izahat versələr, yaxşı olar.

“İctimaiyyətdə və mətbuatda belə fikir var ki, radikal müxalifətlə səfirlərin görüşündə maliyyə məsələləri ilə bağlı söhbət olub. Qoy bu barədə səfirlər açıqlama versinlər. Səfirlər o müxalifətlə görüş keçirə bilərlər, amma mətbuatdan gizlin yox. Biz beynəlxalq təşkilatlarla görüş keçirəndə bütün mətbuat bunu işıqlandırır. Niyə bəs müxalifətin həmin görüşü mətbuatda açıqlanmadı, gizlin qaldı? Bizdə şəffaflıq tələb edən dairələr niyə özləri şəffaf fəaliyyətdə deyillər?” - deyə Bahar Muradova qeyd edib.

15 Aprel, 2011  18:58 Baxılıb: 1270

Bu bölmədə