Simsar.az | bizi özünüzə Simsar bilin
Prezident Astarada

İlham Əliyevə  quruculuq işləri barədə məlumat verilib

Prezident İlham Əliyev respublikamızın cənub bölgəsinə səfəri çərçivəsində Astara rayonunda olub. AzərTAc dövlət agentliyinin məlumatına görə, dövlət başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Astara şəhərinin mərkəzindəki Heydər parkında ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Prezident İlham Əliyevə Astara rayonunda və abidənin yerləşdiyi parkda aparılmış abadlıq-quruculuq işləri barədə məlumat verilib. Bildirilib ki, rayonun mərkəzi olan bu ərazidə geniş abadlıq işləri görülüb, müasir park salınıb. Heydər parkında Astara sakinlərinin istirahəti üçün hər cür şərait yaradılıb.

15 Aprel, 2011  18:29 Baxılıb: 1236

Bu bölmədə