Simsar.az | bizi özünüzə Simsar bilin
Milli Məclisdə hesabat verilir

Hesablama Palatası işini təkminləşdirir

İclasda əvvəlcə cari məsələlərə baxılıb, Milli Məclisin sədri Oqtay Əsədov deputatların qaldırdıqları məsələlərə münasibətini bildirib. 

AzərTAc xəbər verir ki, Hesablama Palatasının sədri Heydər Əsədov məruzə ilə çıxış edərək bildirib ki, Palatanın 2010-cu ildəki fəaliyyəti barədə hesabat “Hesablama Palatası haqqında” Qanunun və Palatanın daxili nizamnaməsinin tələblərinə uyğun hazırlanıb. Onun sözlərinə görə, hesabat dövründə Palata Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi ardıcıl, məqsədyönlü və çevik iqtisadi siyasətin uğurlarına layiqli töhfəsini vermək üçün işini daha da təkmilləşdirib: “Dövlət başçısının, Milli Məclisin müraciət və sorğularını mütəmadi və keyfiyyətlə yerinə yetirərək, cari fəaliyyətini daha səmərəli təşkil etmək, qanunvericiliklə müəyyən olunmuş funksiyaların icrasını mütəşəkkil təmin etmək üçün təşkilatı məsələlərin həllinə xüsusi diqqət yetirib. Hesablama Palatasının 2010-cu ildəki fəaliyyəti müvafiq qanunlara, Palatanın iclaslarında təsdiq olunmuş iş planlarına və digər normativ sənədlərə əsasən həyata keçirilib”.

Bundan başqa, deputatlar “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanun layihəsinə birinci oxunuşda münasibət bildiriləcəklər.

15 Aprel, 2011  18:27 Baxılıb: 1181

Bu bölmədə