Simsar.az | bizi özünüzə Simsar bilin
İlkin Vaxt və Tezlik etalonu təsdiqləndi

Ölçü avadanlıqları bu etalonla yoxlanılacaq

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Milli Metrologiya Mərkəzinin Elektrik kəmiyyət vahidləri laboratoriyasında quraşdırılmış etalon kompleksi Azərbaycan Respublikasında Dövlət ilkin Vaxt və Tezlik etalonu kimi təsdiq edilib. 

Komitənin mətbuat xidmətindən Simsar.az -a verilən xəbərə görə, etalon kompleksinə ABŞ istehsalı olan GPS qəbuledici sinxronizatoru vaxt və tezlik etalonu və Taymer-sayğacı analizator daxildir.

Vaxt və Tezlik etalonunun əsas prinsipi “sezium” elementinin parçalanması zamanı yaranan ən dəqiq qəbul olunmuş tezliyi süni peykdən GPS antenna ilə qəbul edib Vaxt və Tezlik etalonu vasitəsilə sinxronlaşdırmaq və respublikada olan ən dəqiq vaxtı bütün telekommunikasiya sistemlərinə ötürməkdir. Etalon rabitə, nəqliyyat, istehsal, tibb və s. sahələrdə, elmi-tədqiqat işlərində tətbiq ediləcək. Bundan başqa vaxtaşırı yoxlanılması vacib olan tezlik ölçü avadanlıqlarının (tezlikölçənlərin, yüksək tezlik generatorlarının, vaxtla bağlı bütün işçi etalonların və s.) kalibrlənməsi də Vaxt və Tezlik etalonu vasitəsilə həyata keçiriləcək.

14 Aprel, 2011  18:49 Baxılıb: 1158

Bu bölmədə