Simsar.az | bizi özünüzə Simsar bilin
İctimai Palata cavab gözləyir

Şəhər rəhbərliyi bir neçə saata sözünü deyəcək

İctimai Palata aprelin 17-də mitinq keçirməyi razılaşdırmaq məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyətinə ünvanladığı məktuba hələ cavab almayıb. 

Müsafvat Partiyası başqanını müavini Gülağa Aslanlı Simsar.az saytına bildirib ki, qanunla aksiyanın təyin olunduğu günə 3 gün qalmış cavab verilir: “Şəhər rəhbərliyi adətən sonuncu gün cavab verir. Onlardan bu gün cavab gələcək.

Bakı Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi şöbəsinin müdiri Zaur Ramazanov da Simsar.az-ın əməkdaşına deyib ki, İctimai Palatanın məktubuna günün ikinci yarısında cavab veriləcək”.

Aylin

14 Aprel, 2011  18:04 Baxılıb: 1238

Bu bölmədə