Simsar.az | bizi özünüzə Simsar bilin
Tərtərdə yeni avtovağzal

Yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur

AzərTAc-ın məlumatına görə, müasir tələblər səviyyəsində inşa olunan avtovağzal binası gözləmə zalı, inzibati otaqlar, tibb, ana-uşaq, qonaq, ibadət, kassa, dispetçer, sürücülər üçün istirahət otaqları və bufetdən ibarətdir.

Avtovağzalın ümumi ərazisi 1 hektar, binanın sahəsi 220 kvadratmetrdir. Avtovağzal ərazisində, həmçinin sərnişinlər və sürücülər üçün məişət, ticarət, iaşə xidməti göstərəcək obyektlər, kompyuter zalı, avtobusların təmiri sexi də tikilib.

Avtovağzalın yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur.

14 Aprel, 2011  17:42 Baxılıb: 1371

Bu bölmədə