Simsar.az | bizi özünüzə Simsar bilin
Prezident həmsədrləri qəbul etdi

Görüşdə hazırkı vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 14-də ATƏT-in Minsk qrupunun həmsərdləri Bernar Fasyeni (Fransa), İqor Popovu (Rusiya), Robert Bradtkeni (ABŞ) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib, məlumatı Prezidentin rəsmi saytı yayıb.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb.

14 Aprel, 2011  17:24 Baxılıb: 1125

Bu bölmədə