Simsar.az | bizi özünüzə Simsar bilin
Qənirə Paşayeva avropalı komissardan nə soruşdu?

Tomas Hammarberq eyni cavabı təkrar etdi

Azərbaycanlı deputat AŞ PA-da azərbaycanlı qaçqın və məcburi köçkünlərin məsələsini qaldırıb.

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva AŞ-nin insan haqları üzrə komissarı Tomas Hammarberqə azərbaycanlı qaçqın və məcburi köçkünlər məsələsinə aid sual verib.

Qənirə Paşayevanın sualı:

- Avropa Şurası məkanında ən böyük insan haqları pozuntularından biri - 15 ildən artıqdır, öz evlərinə dönə bilməyən 100 minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün Ermənistan tərəfindən tapdanan haqlarının bərpası istiqamətində insan haqları komissarı kimi hansı işləri görürsünüz və ya görməyi planlaşdırırsınız?

Tomas Hammarberqin cavabı:

- Dağlıq Qarabağ münaqişəsinin həlli humanitar problemlər və insan hüquqlarından irəli gələn məsələlərlə fəal məşğul olmağa imkan verəcək. Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin problemin yeganə həlli siyasi və dinc yoldan keçir. Beynəlxalq ictimaiyyət də qəbul edir ki, bu münaqişənin sülh yolu ilə tənzimlənməsi ilə ATƏT-in Minsk Qrupu məşğul olur. Bunun məsuliyyəti ilk növbədə Minsk Qrupu üçlüyünün üzərinə düşür. Ümid edirəm ki, münaqişənin həllindən sonra artıq humanitar problemlər və insan hüquqlarından irəli gələn məsələlərlə məşğul ola biləcəyik. Son vaxtlar həmsədrlər fəaliyyətlərini gücləndiriblər. Amma münaqişənin sülh yollu ilə həlli, eləcə də insan hüquqlarının vəziyyəti də ilk növbədə tərəflərin siyasi iradəsindən asılıdır”.

 

Simsar.az 

14 Aprel, 2011  16:06 Baxılıb: 1275

Bu bölmədə