Simsar.az | bizi özünüzə Simsar bilin
Lukaşenko: “Terrorun üstü açılıb”

Belorus prezidenti Aleksandr Lukaşenko Minsk metrosunda törədilən və 12 nəfərin ölümünə səbəb olan terror aktının üstünün açıldığını bəyan edib

Simsar.az-ın “lifenews”ə istinadən verdiyi məlumata görə, o, həbs edilənlərin artıq törətdikləri cinayəti etiraf etdiklərini vurğulayıb.

Xatırladaq ki, Belarus xüsusi xidmət orqanları 2 nəfərin həbs olunduğunu açıqlayıb. Prezident Lukaşenko isə onların daha bir neçə terror aktı törətdiklərini qeyd edib: “İyulun 3-də Müstəqillik Günündə və Vitebskdəki terror aktları da onların vicdanındadır. Dəhşətli olsa da, faktdır: cinayəti törədən bütün bu əclaflar müxtəlif əmək kollektivlərində işləyiblər – elektrik, tornaçı kimi”. Amma prezident bu adamların hansı səbəbdən cinayət törətdiklərinin hələlik məlum olmadığını vurğulayıb.

Lukaşenko terror aktı ilə bağlı müxalifət nümayəndələrinin də dindirilməli olduğunu və onların sifarişçinin adını çəkə biləcəklərini bildirib: “Hamını cəlb edib dindirmək lazımdır. Heç bir demokratiyaya, xarici ölkələrdəki əzabkeşlərin iniltisi və ulamasına baxmayaraq! Biz boş oturmamalıyıq! Bütün sahələrdə təmizləmə işləri getməlidir!”

Belarus prezidenti onu da vurğulayıb ki, çekistlər və milis terrordan sonrakı 9 saat ərzində heç-bir hay-küyə yol vermədən çox gözəl əməliyyat keçiriblər: “Cinayətkarların tutulması üçün bir neçə xüsusi əməliyyat keçirilib. Minskdən çıxan bütün yollarda milis kordonu qurulub, paytaxtdan çıxan bütün maşınların şəklini çəkirdilər, şübhəliləri yoxlayırdılar”.

Lukaşenko milisin bundan sonra da gücləndirilmiş iş rejimində işləyəcəyini bəyan edib.

13 Aprel, 2011  22:57 Baxılıb: 1224

Bu bölmədə