Simsar.az | bizi özünüzə Simsar bilin
ATƏT rəsmilərinə istintaq materialları verildi

İstintaqa Nəzarət İdarəsinin rəisi jurnalistlərə açıqlama verdi

Xankəndində keçirdikləri görüşlərdən sonra bu gün qoşunların təmas xəttinin Ağdam istiqamətində cəbhə zolağını keçən Minsk qrupunun həmsədrləri Azərbaycan Baş Prokurorluğu İstintaqa Nəzarət İdarəsinin rəisi Nazim Abbasovla görüşüblər.

N. Abbasov jurnalistlərə açıqlamasında bildirib ki, bu il mart ayının 8-də 9 yaşlı Fariz Bədəlovun cəbhə xəttinin yaxınlığında yaşadığı həyətdə atıcı silahdan açılan atəş nəticəsində öldürülməsi ilə bağlı başlanmış cinayət işinin istintaq materiallarının bir qismi ATƏT rəsmilərinə və həmsədrlərə təqdim olunub.

Materiallar ATƏT təmsilçilərinə Fariz Bədəlovun öldürüldüyü yerə baxış keçirilən zaman verilib.

N. Abbasov onu da bildirib ki, istintaq F. Bədəlovun erməni hərbiçiləri tərəfindən qətlə yetirildiyini sübuta yetirib.

13 Aprel, 2011  21:55 Baxılıb: 1338

Bu bölmədə