Simsar.az | bizi özünüzə Simsar bilin
DEPUTAT NAZİRİ GÜNAHLANDIRDI

Qüdrət Həsənquliyev mitinq üçün Azadlıq meydanını tələb etdi 

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin APA-ya növbəti müsahibəsində ölkədəki siysi vəziyyəti dəyərləndirib. 

Deputat deyib ki, Azərbaycanda əhalinin bir hissəsində narazılıq olsa da, insanlar inqilab və üsyanlara dəstək vermirlər: “İnqilablar və üsyanlar xalqlara azadlıq və inkişaf yox, daha çox uzunmüddətli xaos və qanlı toqquşmalar gətirir. Azərbaycanda inqilab və silahlı üsyanlar dövrü 1988-95-ci illərdə bitib. Bu baxımdan ölkədəki bütün siyasətçilər çalışmalıdırlar ki, hakimiyyət dəyişikliyi yalnız seçki yolu ilə baş versin. Mən Azərbaycanda inqilabi şəraitin yetişdiyini görmürəm”.

Q.Həsənquliyev müsahibəsində prezidentin tapşırığını yerinə yetirməyən məmurlar barəsində də fikir bildirib. O, Azərbaycan Dövlət Neft Şirkətini tənqid edib: “Neft pullarının 2 milyardı sahibkarlara aşağı faizlə kreditlərin verilməsi üçün Azərbaycan banklarında yerləşdirilməsi ilə bağlı tapşırıq yerinə yetirilmir. Həmçinin evlərin sənədləşdirilməsiylə bağlı tapşırıqdan sonra Neft Şirkətinin rəhbəri yalnız onların icazə verdiyi evlərin sənədləşdiriləcəyini deyir... Prokurorluq araşdırmalıdır ki, bu icazələr hansı əsaslarla verilib. Yaxud necə olur ki, insanların bir hissəsinə icazə verilir, başqa bir hissəsinə isə yox. Maraqlıdır ki, sənədsiz evlərin sənədləşdirilməsilə bağlı məsələ gündəliyə gələndən sonra Neft Şirkəti evlərin sökülməsini daha da sürətləndirib”.

İctimai Palatanın keçirdiyi mitinqlərdə tutulanların azadlığa çıxmasını istəyən BAXCP sədri kütləvi aksiyaların məkanı ilə bağlı təklif irəlü sürüb: "Azadlıq" meydanı bütün vətəndaşların üzünə açılmalıdır. Çox qəribə bir mənzərə yaranıb. Vətəndaşlara "Azadlıq" meydanında öz avtonəqliyyat vasitələrini saxlamağa icazə verilir, amma özlərinin həmin meydanda dayanıb sərbəst toplaşmaq hüququnu gerçəkləşdirmələrinə yox... Bütün hallarda mən kütləvi aksiyaların demokratik cəmiyyətin atributlarından biri kimi adiləşdirilməsinin və buna olduqca təbii yanaşılmasının tərəfdarıyam”.

Anar

13 Aprel, 2011  21:38 Baxılıb: 1398

Bu bölmədə