Simsar.az | bizi özünüzə Simsar bilin
Həmsədrlər erməninin öldürdüyü uşağın evində oldu

Bernar Fasie başsağlığı verdi

Bernar Fasie Fariz Bədəlovun babasına və nənəsi şəxsən başsağlığı verib

Bu gün ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Bernar Fasie (Fransa), Robert Bradke (ABŞ) və qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik (Polşa) Ağdam rayonunun Orta Qərvənd kəndində erməni snayperi tərəfindən qətlə yetirilmiş 9 yaşlı Fariz Bədəlovun ailəsində olublar.


APA-nın Qarabağ müxbiri Orta Qərvənd kəndindən xəbər verir ki, həmsədrlər Farizin valideynləri ilə görüşüb, onun vurulduğu yerə baxış keçiriblər. Daha sonra diplomatlar Orta Qərvənddən keçən təmas xəttinə baxıblar.
B. Fasie Farizin babasına və nənəsi şəxsən başsağlığı verib.

Həmsədrləri Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Nizami Sadıqov müşayiət edib.

13 Aprel, 2011  20:54 Baxılıb: 1230

Bu bölmədə