Simsar.az | bizi özünüzə Simsar bilin
Hüseynqulu Bağırov Nazirlər Kabinetinə müraciət edib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanda istehsal olunan polietilen torbaların tərkibi ilə bağlı Nazirlər Kabinetinə müraciət edib

Simsar.az-ın məlumatına görə, bu barədə nazir Hüseynqulu Bağırov məlumat verib. H.Bağırov bildirib ki, “Azərikimya”da istehsal olunan polietilen torbaların tərkibinə onların tez parçalanması və təbiətdə çürüməsi üçün xüsusi qatqının vurulmasını təklif ediblər: “Amma “Azərikimya”nın da yeni texnologiyalar baxımından çox geniş imkanlarının olmadığını bilirik. Həm də bu məsələdə nazirliklər arasında ümumi fikir birliyi olmalıdır”.


Nazir qeyd edib ki, təbiətdə gec çürüyən və ekoloji tarazlığa zərər vuran polietilen tullantılar ikinci istehsal prosesindən keçirilə bilər: “Düzdür, bu iş tamamilə bizə aid deyil. Biz ümumi vəziyyətə nəzarət etsək də, tullantıların ikinci istehsalı prosesi ilə məşğul deyilik. Lakin biz həmin tullantıların bir qismini toplaya bilərik. Yeni yaratdığımız tikililərdən birində yüksək səviyyəli avadanlıqlarımız var. Burada özümüzə lazım olan qədər polietilen tullantıları toplamağı və ağacların əkilməsi üçün istifadə olunan polietilen qablar istehsal etməyi düşünürük. Daha ağacı torpaqdan çıxarıb daşımaq əvəzinə tingləri elə qabda yetişdirəcəyik. Fikrimiz var ki, il ərzində 1 milyonadək belə qab istehsal edək”.

13 Aprel, 2011  20:35 Baxılıb: 1365

Bu bölmədə