Simsar.az | bizi özünüzə Simsar bilin
Azərbaycan Gürcüstana güzəştə getməyəcək

XİN rəsmisi: “Azərbaycan “David Qareci” monastrını Gürcüstana verməyəcək”

“David Qareci” monastrı ilə bağlı məsələdə Azərbaycan bir qarış belə Gürcüstana güzəştə getməyəcək”. Bunu SalamNews-a açıqlamasında Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Elxan Poluxov bildirib. O əlavə edib ki, sözügedən monastrın bir hissəsi Azərbaycan, digər hissəsi isə Gürcüstan ərazisində yerləşir.

Xatırladaq ki, Gürcüstanın bəzi siyasi dairələri monastrın tamamilə Gürcüstana verilməsi barədə məsələ qaldırırlar. Amma bu məsələ iki ölkə arasında gedən ümumi delimitasiya müzakirələri çərçivəsində həll ediləcək.

“Dövlət sərhədləri xəritələr üzərində işlənərək və yeri müəyyən edilərək hazırlanır. Həmin ərazidə yalnız və yalnız delimitasiya işləri həyata keçirilməlidir. Sonra isə sərhədin dəqiq xətti müəyyənləşdirilməlidir. Hazırda da bu istiqamətdə hər iki ölkənin müvafiq işçi qrupları fəaliyyət göstərir. Hər hansı nəticə olanda isə komissiya həmsədrlərinin görüşü keçirilir”,- deyə Poluxov vurğulayıb.

13 Aprel, 2011  19:50 Baxılıb: 1231

Bu bölmədə