Simsar.az | bizi özünüzə Simsar bilin
Hüseyn Bağırov bələdiyyələri ittiham etdi

“Nazirliyin balansında olan bəzi ərazilər bələdiyyələr tərəfindən qanunsuz satılıb”

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib. Onun sözlərinə görə, nazirliyin apardığı son yoxlamalar nəticəsində bələdiyyələr tərəfindən İsmayılı, Şamaxı, Quba, Qusarda ETSN-nın torpaqlarının satılması ilə bağlı faktlar aşkarlanıb: “Qusarda təxminən 14 hektara qədər torpaq sahəsi 20-dək insana bələdiyyə torpağı kimi verilib. Amma xəritələrdə göstərib ki, həmin sahələr meşə fondu torpaqlarıdır. Burada fikir ayrılığı var. Onlar sübut etməyə çalışırlar ki, bizim xəritəmiz düzgün deyil. Amma biz öz mövqeyimizin düzgün olmasına inanırıq. Ona görə də hüquq-mühafizə orqanlarına müraciət etmişik”.

13 Aprel, 2011  19:47 Baxılıb: 1244

Bu bölmədə