Simsar.az | bizi özünüzə Simsar bilin
Əsirlikdəki asgərimiz yağışdan çıxıb yağmura düşdü

Erməni əsirliyindən qayıdan Anar Hacıyev dövlətə xəyanətdə ittiham olundu

Bir müddət əvvəl erməni əsirliyindən azad olunan Azərbaycan Ordusunun çavuşu Anar Hacıyev barəsində cinayət işi başlanıb.

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov APA-ya açıqlamasında bildirib ki, A. Hacıyev Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirli bilinir.

Bu gün Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq təcridxanasında A. Hacıyevlə görüşdüyünü qeyd edən Elçin Behbudov onun saxlanma şəraitindən, ona qarşı münasibətdən şikayət etmədiyini deyib: “Anar Hacıyev özünü təqsirli bilir. Törətdiyi əmələ görə peşman olduğunu dedi. O, vəkil ilə təmin olunub. Orada daha iki nəfər da saxlanılırdı. Onların da saxlanma şəraitindən, onlara qarşı münasibətdən şikayətləri yoxdur. Hər biri dərman preparatları ilə digər lazım olan vəsaitlərlə təmin olunub”.

Qeyd edək ki, Azərbaycan Ordusunun çavuşu Anar Hacıyev 2009-cu il mayın 10-da Ermənistan Silahlı Qüvvələri tərəfindən əsir götürülüb. Bu il martın 17-də o, Azərbaycana qaytarılıb.

13 Aprel, 2011  19:07 Baxılıb: 1203

Bu bölmədə