Simsar.az | bizi özünüzə Simsar bilin
VIP gənclər təşkilatını gücləndirir

Partiyanın qadınlar təşkilatı yaradılıb

Vətəndaş və İnkişaf Partiyası (VİP) Məclisinin 10 aprel 2011-ci il tarixində keçirilmiş iclasında VİP-in Ağsaqqallar Şurasının (AŞ) və Qadınlar Təşkilatının (QT) formalaşdırılması, eyni zamanda partiyanın Gənclər Təşkilatının (GT) gücləndirilməsi haqqında qərar qəbul edilib.

Bu qərardan irəli gələrək, bu gün VİP-in mərkəzi qərargahında partiyanın Qadınlar Təşkilatının yaradılmasına həsr olunmuş toplantı keçirib.

Toplantıda VİP QT-nın formalaşdırılmasının zəruriliyi bar daha vurğulanmış, QT Təşkilat Komitəsinin (TK) tərkibi müəyyənləşdirilmiş və qurumun təsis edilməsinə dair tədbirlər planı təsdiqlənib.

TK-nin üzvləri VİP sədri Əli Əliyevlə görüşərək, QT-nin formalaşdırılması prosesinin sürətləndirilməsinə yönəlik təkliflərini irəli sürmüş, partiyanın qadın kontingentinin bu qurum çərçivəsində təşkilatlanması üçün gərəkən addımların atılacağını bildiriblər.

13 Aprel, 2011  18:35 Baxılıb: 1163

Bu bölmədə