Simsar.az | bizi özünüzə Simsar bilin
“Azal” “Azadlıq” qəzetindəki xəbəri təkzib etdi

Məhərrəm Səfərli: «Malçişnik v Veqase» filmi komediya janrındadır, orada erotik səhnələr yoxdur»

Moskva-Bakı reysilə uçan «Azal»a məxsus təyyarədə sərnişinlərin etirazı ilə qarşılanan hadisə baş verib.
«Azadlıq» qəzetinin yazdığına görə, təyyarədə açıq-saçıq görüntülər olan film nümayiş etdirilib. Sərnişinlərin etirazından sonra filmin nümayişi dayandırılıb.

Bu barədə qəzetə danışan sərnişinlərdən biri deyib ki, həmin filmin nümayişinə etiraz edildikdən sonra yayım dayandırılıb.

Məsələni dəqiqləşdirmək üçün Simsar.az saytı «Azal»ın mətbuat xidmətinin rəisi Məhərrəm Səfərli ilə əlaqə saxlayıb. M.Səfərli bildirib ki, məlumat yalandır: «Bu böhtandır. Təyyarələrdə göstərilən filmlərə bizim qurum tərəfindən nəzarət olunur. Aprelin 7-də saat 23.00 reysində «Boinq» tipli sərnişin təyyarəsində nümayiş etdirilən film «Malçişnik v Veqase» filmi olub. Film komediya janrındadır. Maraqlı filmdir. Orada açıq-saçıq səhnələr yoxdur. Mən «Azadlıq» qəzetinə təkzib məktubu hazırlayıram. Bu cür böhtan olmaz».

RUSLAN



13 Aprel, 2011  18:21 Baxılıb: 1661

Bu bölmədə