Simsar.az | bizi özünüzə Simsar bilin
Əli Kərimlinin evi qarşısında növbəti aksiya

2 nəfər aksiya iştirakçısı saxlanılıb

Bir qrup gənc Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin yaşadığı binanın qarşısında piket keçirib. Simsar.az -ın məlumatına görə, 100-ə yaxın gənc Əli Kərimlinin apardığı siyasətə etiraz edib. Gənclər piketdə “Əli Kərimliyə ar olsun!”, “Azərbaycan gənclərini parçalayanlara ar olsun!”, “Sənin kim olduğunu Azərbaycan gənci bilir!” kimi şüarlar səsləndiriblər.

Etirazçılar qeyd ediblər ki, Azərbaycan gəncliyi ictimai-siyasi sabitliyin tərəfdarıdır.

Piket icazəsiz olduğundan polislər tərəfindən dağıdılıb və 2 nəfər aksiya iştirakçısı saxlanılıb.

13 Aprel, 2011  18:03 Baxılıb: 1193

Bu bölmədə