Simsar.az | bizi özünüzə Simsar bilin
Metronu partladanlar tutuldu

Minsk metrosunda partlayışı həyata keçirməkdə şübhəli bilinən 2 nəfər Belarus xüsusi xidmət orqanları tərəfindən həbs edilib

Simsar.az-ın “lifenews”ə istinadən verdiyi məlumata görə, hələlik onların şəxsiyyəti açıqlanmır.

Məlumatı Belarus prokurorluğundan da təsdiq ediblər. Baş prokurorun müavini Andrey Şved istintaq tədbirlərinin aparıldığını, şübhəli şəxslərin vəkillərin iştirakı ilə dindirildiyini və artıq ilk ifadələr olduğunu vurğulayıb.

Şved onu da bildirib ki, hər iki şəxs Belarus vətəndaşlarıdır və vilayət mərkəzlərindən birində doğulublar: “Onlar çoxdan tanışdırlar. Minsk metrosundakı videoyazını öyrənəndən sonra çox böyük ehtimalla demək olar ki, onlardan biri terroru həyata keçirən şəxsdir”.

Hazırda onların digər cinayət və terror əməllərinə aidiyyatı olub-olmadığı yoxlanılır.

13 Aprel, 2011  17:49 Baxılıb: 1303

Bu bölmədə