Simsar.az | bizi özünüzə Simsar bilin
Həmsədrlər o tərəfdən bu tərəfə keçdi

9 yaşlı Fariz Bədəlovun həlak olması ilə əlaqədar araşdırma davam edir

Regionda səfərdə olan ATƏT-in Minsk Qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), Bernar Fasie (Fransa), İqor Popov (Rusiya) və qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik (Polşa) bu gün erməni işğalı altında olan ərazilərdən Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan tərəfə keçiblər.

APA-nın Qarabağ bürosu xəbər verir ki, onlar Ağdam Rayon İcra Hakimiyyətinə görüşə yollanıblar. İcra hakimiyyətində görüş keçirdikdən sonra Orta Qərvənd kəndinə gedəcəklər. Məqsəd 9 yaşlı Fariz Bədəlovun həlak olması ilə əlaqədar araşdırmanı davam etdirməkdir.

Qeyd edək ki, bu gün ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun Azərbaycan Respublikasının Ağdam-Bərdə yolundakı təmas xəttində monitorinq də keçirilir.

Xatırladaq ki, aprelin 11-də Ermənistana səfər edən həmsədrlər prezident və xarici işlər naziri ilə görüşüblər. İrəvandan Xankəndinə yollanan vasitəçilər separatçı rejimin rəhbərləri ilə də görüşüblər. Təmas xəttindən Azərbaycanın nəzarətində olan qarşı tərəfə keçən diplomatlar bu gün Azərbaycan rəhbərliyi ilə danışıqlar aparacaqlar.

13 Aprel, 2011  17:31 Baxılıb: 1153

Bu bölmədə