Simsar.az | bizi özünüzə Simsar bilin
Bakı səması niyə qaranlığa büründü?

Palçıqlı yağış davam edir 

Dünən axşamdan havanın tutulması bu gün səhər yağışa səbəb oldu. Səhər saatlarında qəflətən başlayan palçıqlı yağış günorta saatlarına qədər davam edib. 

Simsar.az-ın məlumatına görə, göyün üzəri qara rənglə örtülüb. Bunun səbəbinə Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin direktoru Telman Zeynalov aydınlıq gətirərkən deyib ki, Orta Asiya ölkələri və cənub regionunda baş vermiş tufanlar nəticəsində göyə sovrulmuş kütlə müxtəlif yerlərə gəlib çıxa bilər. Hazırda Bakıda və digər yerlərdə müşahidə olunan vəziyyət Gürcüstan və İranda da var. Bakıda və Gürcüstanda hava daha nəm olduğundan tozlu kütlənin su ilə birləşməsi və palçıqlı yağışların yağması halları da tez-tez baş verir”.

Palçıqlı yağışın səbəbləri barədə Ekologiya nazirliyinin Milli Hidrometrologiya Departamenti də açıqlama yayacaq.

Yağış hələ də davam edir.

Anar

13 Aprel, 2011  17:25 Baxılıb: 1364

Bu bölmədə