Simsar.az | bizi özünüzə Simsar bilin
Qazax və Füzulinin kəndlərində atışma

Düşmən atəş açıb və susdurulub

Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 12-də saat 16.50-dən 16.55-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızıl Hacılı kəndində yerləşən mövqelərimizi at?s? tutub. 
Saat 15.05-dən 15.20-dək, 15.20-dən 15.30-dək, 19.15-dən 19.20-dək və aprelin 13-də saat 00.10-dan 00.15-dək Füzuli rayonunun Qavraxanbəyli və Horadiz kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərinə avtomat və pulemyotlardan atəş açılıb.
Düşmən cavab atəşi ilə susdurulub.
İtki yoxdur.



13 Aprel, 2011  16:32 Baxılıb: 1415

Bu bölmədə