Simsar.az | bizi özünüzə Simsar bilin
ABŞ büdcəsinin kəsiri 16% artıb

2010-2011-ci maliyyə ilinin ilk altı ayında 829 mlrd. dollar təşkil edib

ABŞ federal büdcəsinin kəsiri 1 oktyabr 2011-ci ildə başa çatacaq 2010-2011-ci maliyyə ilinin ilk altı ayında 829 mlrd. dollar təşkil edib. “APA-ECONOMICS”in xəbərinə görə, bu barədə ABŞ Maliyyə Nazirliyi açıqlama yayıb.

Ötən maliyyə ilinin müvafiq dövrü ilə müqayisədə federal büdcənin kəsiri 16% artıb. Həmin vaxt kəsir 717 mlrd. dollar olub.

Bu ilin mart ayında ABŞ büdcəsinin kəsiri 188 mlrd. dollar təşkil edib ki, bu da bir il əvvəlki göstəricidən 3 dəfə çoxdur.

Qeyd edək ki, ötən həftə ABŞ Konqresindəki respublikaçılar və demokratlar dövlət xərclərinin maliyyələşdirilməsi məsələsində, nəhayət, razılığa gəliblər. Prezident Barak Obama bildirib ki, bu, ABŞ tarixində dövlət xərclərinin ən böyük ixtisarıdır. ABŞ prezidentinin təqdim etdiyi layihəyə əsasən, federal büdcənin kəsiri 2015-ci ildə 750 mlrd. dollara enəcək.

13 Aprel, 2011  14:55 Baxılıb: 1337

Bu bölmədə