Simsar.az | bizi özünüzə Simsar bilin
Metroda törədilən terror aktı araşdırılır

Belarus Dövlət Təhlükəsizlik Komitəsi “Oktyabrskaya” metro stansiyasında terror aktı ilə bağlı üç versiyanı nəzərdən keçirir

Simsar.az - ın məlumatına görə, DTK sədri Vladimir Zayçev ilkin versiyaya görə, terrorçuların hədəfinin ölkədə stabilliyi pozmaq, əhali arasında təşviş yaratmaq olduğunu deyib. İkinci bir versiyaya əsasən, terror aktı ekstremist gənclər təşkilatlarının üzvləri tərəfindən törədilə bilər: “Hazırda anarxistlərin işi üzrə cinayət işi yekunlaşmaq üzrədir. Biz bu terror aktının həmin cinayət işi ilə əlaqəli olduğunu istisna etmirik”. Söhbət anarxist hərəkatı üzvlərinin Rusiyanın Belarusdakı səfirliyinə və DTK-nın Bobruysk şöbəsinə hücumu ilə bağlı açılmış cinayət işlərindən gedir. Nəhayət üçüncü versiyaya görə terror aktı psixi cəhətdən anormal şəxs tərəfindən törədilib. 

Xatırladaq ki, “Oktyabrskaya” metro stansiyasında törədilən terror aktı nəticəsində 12 nəfər ölüb, 157 nəfər yaralanıb. Partlayışı törətməkdə şübhəli bilinən iki nəfər saxlanıb.

13 Aprel, 2011  01:47 Baxılıb: 1245

Bu bölmədə