Simsar.az | bizi özünüzə Simsar bilin
“Windows 7” liderliyini saxladı

ABŞ-da “Windows 7” ilk dəfə olaraq populyarlığa görə “Windows XP”ni geridə qoyub

Simsar.az-ın məlumatına görə, “StatCounter” analitik şirkəti “Windows 7” əməliyyat sisteminin “Windows XP” əməliyyat sistemini istifadəçi sayına görə ilk dəfə olaraq geridə qoyduğunu müəyyən edib.

Aprelin ilk 10 günü ərzində “Microsoft” korporasiyasının sonuncu əməliyyat sisteminin bazarda payı 32,2 faizə çatıb. “XP”nin analoji göstərici isə 30,7 faiz təşkil edib. Amerika istifadəçiləri arasında digər populyar əməliyyat sistemlərinə gəldikdə isə, üçüncü yerdə bazarda 19,5 faizlə “Windows Vista” durur. “Vista”dan sonra gələn “Mac OS”un bazardakı payı 14,8 faiz təşkil edir. “Linux” əməliyyat sistemi ABŞ-da 1 faizdən belə az kompüterlərdə istifadə olunur.

13 Aprel, 2011  00:31 Baxılıb: 1375

Bu bölmədə