Simsar.az | bizi özünüzə Simsar bilin
HAKİM PARTİYA ANS-DƏKİ VERİLİŞƏ GƏLMƏDİ

Kanal İctimai Palatanın nümayəndəsini əvvəl studiyaya çağırdı, sonra dəvətdən imtina etdi

Bu gün “ANS”-də yayımlanan "Nəzər nöqtəsi” verilişinin qonağı Ictimai Palatanın Koordinasiya Şurasının üzvü, yazıçı Mehriban Vəzir olmalı idi. Yazıçını studiyaya verilişin aparıcısı Qənirə Ataşova dəvət edib.

Bir neçə saat sonra isə aparıcı növbəti dəfə telefon açaraq, verilişə başqa qonaqların çağırıldığını bildirib və əvvəlki dəvətdən imtina edib.
Simsar.az-a çıqlamasında M.Vəzir dəvətdən imtinanın siyasi məqsəd daşıdığını deyir: “Görünür dəvətdən imtinaya səbəb yüksək mövqedə dayanan insanların siyasi sifarişidir. Elə bu gün mənə zəng edib dəvət etdilər və elə bu gün də dəvətdən imtina olundu”.

M.Vəzirin dəvət edildiyi verilişin bugünkü mövzusu hazırki ictimai-siaysi vəziyyətə həsr olunub. Yazıçı verilişdə İctimai Palatanın mövqeyini ifadə etməli idi.
Simsar.az-ın əməkdaşı “Nəzər nöqtəsi”nin aparıcısı Qənirə Ataşova ilə də əlaqə saxlayıb. Aparıcı dəvətdən imtinanı belə izah edib: “Balans pozulmasın deyə, verilişə həm İctimai Palatadan, həm də hakim partiyadan nümayəndə dəvət olunmuşdu. Ancaq hakim partiyadan olan nümayəndə gələ bilmədiyindən verilişi təxirə saldıq. Bir tərəfin iştirakı olmadan verilişi efirə verə bilmərik. Heç bir siyasi sifarişdən söhbət gedə bilməz. Qarşıdakı günlərdə hər iki partiyanın nümayəndələri elə həmin mövzu ətrafında studiyaya dəvət olunacaqlar”.

Aynurə Həsənova

12 Aprel, 2011  22:25 Baxılıb: 1668

Bu bölmədə