Simsar.az | bizi özünüzə Simsar bilin
İşsizlər daha çox pul alacaq

Artımın nə qədər olacağı büdcənin imkanlarından asılıdır

Bu barədə APA-ya ƏƏSMN-nin Baş Məşğulluq İdarəsinin rəis müavini Şahbaz Xələfov məlumat verib. Onun sözlərinə görə, müavinətin maksimum məbləği orta aylıq əmək haqqı ilə tənzimlənir. Müavinətin minimum məbləğini Nazirlər Kabineti təyin edir: “Qanunvericilik elə yazılıb ki, işsizlik müavinətinin maksimum məbləğinin artırılması təmin olunur. Respublikada orta aylıq əmək haqqı artdıqca avtomatik olaraq, müavinətin maksimum məbləği də yüksəlir. Müavinətin minimum məbləğinin artırılması üçün isə biz hər il, il yarım ərzində respublikada minimum əmək haqqı artan kimi Nazirlər Kabinetinə müraciət edirik”.

Ş. Xələfov deyib ki, ötən il ölkədə müavinətin maksimum məbləği 288 manat idisə, bu il artıq bu məbləğ 300 manatdan yüksəkdir. Müavinətin minimum məbləği isə hazırda 55 manatdır: “Bu il orta aylıq əmək haqqı və minimum əmək haqqı artsa, biz müavinətin minimum məbləğinin artırılması üçün NK-ya müraciət edəcəyik. Artımın 55 manatdan 65, 70, 80 manata qaldırılması təklif oluna bilər. Bu artımın konkret nə qədər olacağı büdcənin imkanlarından asılıdır”.

12 Aprel, 2011  19:24 Baxılıb: 1327

Bu bölmədə