Simsar.az | bizi özünüzə Simsar bilin
“ABŞ səfirliyi müxalifətdən informasiya alıb iqtidara ötürməklə məşğuldur”

Fazil Mustafa ona müxalifət deməyən Dövlət Departamentini “axmaq” adlandırdı 

ABŞ Dövlət Departamentinin ayrı-ayrı ölkələrdəki vəziyyətə dair hazırladığı son hesabatının Azərbaycanla bağlı hissəsinə Böyük Quruluş Partiyasının sədri deputat Fazil Mustafa sərt mövqe sərgiləyib. 

Deputat modern.az saytına deyib ki, Dövlət Departamentinin bu yanaşması “axmaqlıqdır”

F.Mustafa Milli Məclisdə yalnız bir müxalifət partiyasının olması ilə bağlı illik hesabatda yer alan fikrə cavab olaraq bildirib ki, ABŞ-ın bu mövqeyi heç bir əhəmiyyət daşımır: “Mən parlamentdə fikirlərimi səsləndirərkən nə ABŞ-ın, nə hakimiyyətin, nə də müxalifətin rəyini nəzərə alıram. Xalqın maraqlarını düşünürəm. Bəlkə ABŞ düşünür ki, müxalifətçi olmaqla bağlı o lisenziya verməlidir? 20 ildir ABŞ səfirliyi Azərbaynada müxalifətdən informasiya alıb iqtidara ötürməklə məşğuldur”.

Anar

12 Aprel, 2011  19:22 Baxılıb: 1223

Bu bölmədə