Simsar.az | bizi özünüzə Simsar bilin
“SİYASİ QÜVVƏLƏRİN SƏRBƏST TOPLAŞMAQ AZADLIĞI TƏMİN EDİLMƏLİDİR”

Asim Mollazadə: “Aksiya üçün göstərilən şəhərətrafı yerləri uyğun hesab etmirəm”

“Biz xüsusi siyasi aktivlik hiss etmirik. Bəzi siyasi qüvvələr sərbəst tooplaşmaq azadlığı hüquqlarından istifadə edib müəyyət tədbirlər keçirirlər. Təəssüf edirəm ki, bu vaxta qədər kütləvi tədbirlər keçirmək üçün müvafiq yerlər ayrılmayıb”. 

Bu fikirləri Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə Simsar.az saytına açıqlamasında bildirb.

Deputat hesab edir ki, vətəndaşların və siyasi qüvvələrin sərbəst toplaşmaq azadlığı təmin olunmalıdır: “Şəhərin mərkəzində icazəsiz aksiyanın keçiriliməsi, qarşıdurma olması, vətəndaşların rahatlığının pozulması bizi təəssüfləndirir. Aksiya üçün göstərilən şəhərətrafı yerləri uyğun hesab etmirəm”.

Ruslan





12 Aprel, 2011  18:59 Baxılıb: 1205

Bu bölmədə