Simsar.az | bizi özünüzə Simsar bilin
Sərkisyan Türkiyəyə gedəcək

Abdullah Gül yalnız İsrail prezidentinə dəvət göndərdiyini deyib

Ermənistan prezidenti Serj Sərkisyan gələn ay İstanbulda keçiriləcək BMT konfransında iştiraka dəvət olunub.

APA-nın məlumatına görə, mayın 9-13-də keçiriləcək konfransa İsrail və Fransa prezidentləri də dəvət alıblar. Ümumilikdə konfransda 60-dək dövlət başçısı və yüzdən artıq nazirin iştirakı gözlənilir. Xatırladaq ki, prezident Abdullah Gül bundan əvvəl yalnız İsrail prezidentinə dəvət göndərdiyini açıqlamışdı.

12 Aprel, 2011  17:50 Baxılıb: 1186

Bu bölmədə