Simsar.az | bizi özünüzə Simsar bilin
Prezident Administrasiyası virtual dünyaya qədəm qoydu

Bu qurum Twitter-də öz şəxsi səhifəsini açan ilk dövlət strukturudur

Azərbaycan Prezidenti Administrasiyası da sosial şəbəkələrdə aktiv iştirak etməyə başlayıb. Bu gündən www.twitter.com/AzerbaijanPA ünvanında Prezident Administrasiyasının Twitter sosial şəbəkəsində rəsmi səhifəsi açılıb. 

Prezident Administrasiyası Twitter-də öz şəxsi səhifəsini açan ilk dövlət strukturudur. Səhifədə Azərbaycan prezidentinin gündəlik iş qrafiki, Prezident Administrasiyasının fəaliyyəti barədə məlumatlar, Administrasiya rəhbərinin və şöbə müdirlərinin bütün bəyanat və şərhləri öz əksini tapacaq. Səhifədə həmçinin Administrasiyada keçirilən qəbul və görüşlər haqqında məlumatlar yerləşdiriləcək, Prezident Administrasiyasının himayəsi altında keçirilən tədbirlər və reallaşdırılan layihələr işıqlandırılacaq. 

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyevin Twitter sosial şəbəkəsində ingilis və Azərbaycan dillərində iki rəsmi səhifəsi fəaliyyət göstərir. (www.twitter.com/azpresident, www.twitter.com/presidentaz). 
Administrasiyanın bəzi şöbə müdirləri də sosial şəbəkələrin aktiv istifadəçiləridir.

12 Aprel, 2011  16:03 Baxılıb: 1169

Bu bölmədə