Simsar.az | bizi özünüzə Simsar bilin
AKP Tatlısəsdən, Tatlısəs AKP-dən imtina etdi

İbrahim müstəqil namizəd oldu

Silahlı hücuma məruz qalan və müalicəsi Almaniyada davam edən Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəs vəkilinin vasitəçiliyi ilə Şanlıurfadan bitərəf millət vəkili kimi namizədliyini irəli sürüb. 

Ədalət və İnkişaf Partiyasına (AKP) müraciət etsə də, namizədliyi ləğv olunan Tatlısəs vəkili Əhməd Türkmən vasitəsilə bitərəf kimi namizədliyini Mərkəzi Seçki Komissiyasına göndərib. Türkmən bildirib ki, Tatlısəsin istəyinə uyğun olaraq onun namizədliyini irəli sürüb. Onun sözlərinə görə, Tatlısəs müalicəsi başa çatan kimi Şanlıurfaya gələcək və təbliğat kampaniyasına başlayacaq.

Simsar.az


12 Aprel, 2011  15:57 Baxılıb: 1526

Bu bölmədə