Fransa çarşaba qadağa qoydu
Sarkozi 3 min musəlmana qarşı Fransada adı açıqlanmayan bir qadın ictimai yerdə çarşablı gəzdiyinə görə həbs olunub. APA-nın məlumatına görə, hadisə Avinyon şəhər vağzalında baş verib. Qadın qadınların ictimai yerlərdə üzləri tam bağlı şəkildə gəzməsini qadağan edən qanuna həsr olunmuş verilişdə iştirak etmək üçün Parisə gedirmiş. Fransada qeyd olunan qanun bu gündən qüvvəyə minib. Həbs olunan qadın bildirib ki, bu qanun onun dini azadlıqlarını pozur. Yeni qanuna görə saxlanan qadın 150 avro cərimə ödəməli və xarici vətəndaşlar üçün məcburi kurslara cəlb olunmalıdır. Bundan əvvəl Parisdə qanunun əleyhinə aksiya keçirməyə çalışan 60-dək şəxs saxlanıb.
12 Aprel, 2011 01:09 ⁄ Baxılıb: 1264
Bu bölmədə23 Aprel, 2024 Aİ İrana qarşı sanksiyalarını davam etdirir1 Mart, 2024 Zelenskinin Ermənistana səfəri baş tutmayacaq22 Noyabr, 2022 Putin Soltanovskiyi vəzifəsindən azad etdi25 Oktyabr, 2022 Britaniyanın yeni Baş naziri vəzifəsinin icrasına başladı |