Simsar.az | bizi özünüzə Simsar bilin
NATO Qəddafiyə divan tutur

"Şənbə günü Liviyada təxminən 300 uçuş həyata keçirmişik"

Simsar.az Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Şimali Atlantika Alyansının baş katibi Anders Foq Rasmussen bəyan edib. «Şənbə günü Liviyada təxminən 300 uçuş həyata keçirmişik. Nəticədə 49 tank, 9 zirehli maşın, 3 hava hücumundan müdafiə sistemi, 3 silah-sursat anbarı məhv edilib. Zərbələrin əksəriyyəti Misurat və Acdabiyə şəhərləri yaxınlığına endirilib», - deyə baş katib qeyd edib.

11 Aprel, 2011  23:03 Baxılıb: 1223

Bu bölmədə