Simsar.az | bizi özünüzə Simsar bilin
YAP müxalifətdən gələnləri qəbul etdi

“Partiya sıralarına daxil olan yeni üzvlər doğru seçim edib”

Dünən Yeni Azərbaycan Partiyasında yeni üzvlərin qəbul olunması ilə bağlı tədbir keçirilib. Partiyanın Nərimanov rayon təşkilatında keçirilən tədbirdə YAP-ın sədr müavini, icra katibi Əli Əhmədov, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev və digər şəxslər iştirak ediblər. 

Partiyadan Simsar.az-a daxil olan məlumata görə, YAP-ın icra katibi Əli Əhmədov partiya sıralarına daxil olan yeni üzvlərin doğru seçim etdiklərini bildirib və qeyd edib ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın həyatında mühüm rol oynayıb.

Ə. Əhmədov qeyd edib ki, bu gün Azərbaycan müxalifətinin radikal qanadı Azərbaycan gənclərini müxtəlif üsullarla yoldan çıxararaq ölkəni yenidən xaosa sürükləmək istəyir: “Lakin Azərbaycan gəncliyi Azərbaycan üçün ən doğru yolu seçərək YAP sıralarına daxil olur. Bu günlərdə Yeni Azərbaycan Partiyasının Nərimanov rayon təşkilatına 200-dən artıq gənc partiya sıralarına daxil olmaq üçün müraciət edib”. Ə. Əhmədovun çıxışından sonra partiyaya daxil olan yeni üzvlərə üzvlük vəsiqələri təqdim olunub.

Anar

11 Aprel, 2011  22:36 Baxılıb: 1172

Bu bölmədə