Simsar.az | bizi özünüzə Simsar bilin
Yəmən prezidenti istefaya hazırdır

Əli Abdulla Salehə toxunulmazlıq və sığınacaq təminatı

Simsar.az-ın məlumatına görə, bu barədə Yəmən liderinin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilir. 

Sənəddə deyilir: “Prezident qardaşlarımızın Yəməndəki hazırkı böhranı həll etməyə səylərini alqışlayır. Saleh konstitusiyaya müvafiq olaraq hakimiyyəti sülh yolu ilə ötürməyə qarşı deyil”.

Fars körfəzindəki Ərəb Ölkələrinin Əməkdaşlıq Şurasının iştirakçı-ölkələrinin təklif etdikləri plana əsasən, Saleh səlahiyyətlərindən əl çəkməli və hökuməti vitse-prezidentə təhvil verməlidir. Ərəb liderlərinin təşəbbüsü həmçinin Yəməndə keçici hökumətin yaradılmasını və demokratik seçkilərin keçirilməsini nəzərdə tutur. Əvəzində Salehə toxunulmazlıq və Yəmənlə qonşu ölkələrdən birində sığınacaq təminatı verilir.

Qeyd edək ki, bunadək Yəmən lideri həmkarlarının ölkədəki böhranın həllinə dair təkliflərini rədd edirdi. O, əcnəbilərin çəkinmədən Yəmənin daxili işlərinə müdaxiləsindən qəzəblənir və demokratiya, konstitusiya və azadlığa zidd istənilən razılaşmaya qarşı çıxacağını vəd edirdi. Fars körfəzindəki Ərəb Ölkələrinin Əməkdaşlıq Şurası yanvardan bəri hökumət əleyhinə nümayişlərin sakitləşmədiyini gördükdən sonra Yəməndəki situasiyaya qarışmalı olub. Nümayişçilər Salehin istefasını və demokratik islahatlar tələb edirlər.

11 Aprel, 2011  21:28 Baxılıb: 1185

Bu bölmədə