Simsar.az | bizi özünüzə Simsar bilin
Ölkəyə radiasiyalı mal gətirilməyib

Aydın Əliyev: "Bütün məhsulların həm təhlükəsizliyi, həm də radiasiya fonu yoxlanılır"

Hələlik Azərbaycana Yaponiyadan radiasiyalı malların gətirilməsi tendensiyası qeydə alınmayıb. APA-nın məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev bildirib. Onun sözlərinə görə, adətən Azərbaycana Gürcüstandakı Qara dəniz limanları vasitəsilə və ya Dubay limanlarından Yaponiya istehsalı olan avtomobillər idxal olunur.

“Məsələ təkcə “Fukusima” AES-lə bağlı deyil. Ümumiyyətlə, gömrük orqanları hər şeyə hazır olmalıdır. Bizdə müvafiq laboratoriya fəaliyyət göstərir və radiasiya ilə bağlı əməkdaşlarımızı müəyyən avadanlıqlarla da təmin etmişik. İstənilən halda, elə indiyə qədər də ölkəyə daxil olan bütün məhsulların həm təhlükəsizliyi, həm də radiasiya fonu yoxlanılır”, - deyə A.Əliyev bildirib.

11 Aprel, 2011  19:47 Baxılıb: 1454

Bu bölmədə