Simsar.az | bizi özünüzə Simsar bilin
Yaponiya yenə fəlakət astanasında

Zəlzələ baş verib, sunami olacağı gözlənilir

Aprelin 11-də Yaponiyanın şimal-şərqində yeni güclü zəlzələ qeydə alınıb. Simsar.az.az-ın ABŞ-ın Geologiya Xidmətinə istinadən verdiyi məlumata görə, təbii təkanların gücü Rixter cədvəli ilə 7,1 bal təşkil edib. 

Zəlzələ Honsü adasında yerli vaxtla saat 18:16-da (Bakı vaxtı ilə saat 13:16-da) baş verib. Təkanlar paytaxt Tokioda da hiss edilib. Sunami təhlükəsinin olduğu açıqlanıb. Bəzi məlumatlara görə, bir metrədək qabarma dalğası artıq İbaraki prefekturasının sahillərinə çatıb. Avropa - Aralıq dənizi Seysmoloji Mərkəzi mütəxəssislərinin məlumatlarına əsasən, episentr İvakidən 31 km qərbdə, İsikavadan isə 11 km cənub-şərqdə 40 km dərinliyində olub. Tələfat və dağıntı haqda hələlik məlumat yoxdur.

11 Aprel, 2011  19:20 Baxılıb: 1263

Bu bölmədə