Simsar.az | bizi özünüzə Simsar bilin
Bakı forumuna nə qədər pul xərclənib?

Əbülfəs Qarayev: "Buna 5-10 milyon da xərclənsəydi, kifayət olmazdı"

“Qonaqların yerləşdirilməsi, qidalandırılması təxminən 700-800 min manat civarında olub”

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkili üçün xərclənən vəsaiti açıqlayıb. Lent.az-ın məlumatına görə, Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında bildirib ki, forum üçün lazım olan maliyyə vahidləri bütün digər beynəlxalq qurumların keçirdiyi tərzdə ölçülüb.

Nazir qeyd edib ki, Azərbaycan hökuməti yalnız qonaqların Azərbaycanda qalmasını, eləcə də yemək, nəqliyyat xərclərini təmin edib: “Qonaqlar öz vəsaitləri hesabına bura gəldilər. Biz isə normal qaydada mehmanxana və yemək pulu ödəyərək, bu işin öhdəsindən gəldik. Qonaqları hələ tam yola salmamışıq. Mən bildiyim qədərilə bütün qonaqların yerləşdirilməsi, qidalandırılması təxminən 700-800 min manat civarında olub. Amma mənə elə gəlir ki, forumun əhəmiyyətini hər hansı bir maliyyə ölçüləri ilə ölçməməliyik. Bu forumun Azərbaycanda keçirilməsi ölkəmizə milyardlarla ölçüdə imicin formalaşdırılmasına kömək etdi, Azərbaycanın özünün dinamik templə inkişafda olan ölkə olması ilə yanaşı sülhsevərliyə, əmin-amanlığa və kompromisə tərəfdar olan, qarşılıqlı etika və hörmət çərçivəsində çıxış yolunun axtarılmasına meylli olan bir ölkə kimi tanıtdı. Mənə elə gəlir ki, buna 5-10 milyon da xərclənsəydi, kifayət olmazdı”.

11 Aprel, 2011  18:58 Baxılıb: 1458

Bu bölmədə