Simsar.az | bizi özünüzə Simsar bilin
Elton balaban ifaçısı olacaq

Müğənni solo konsertə hazırlaşır

Tanınmış müğənni Elton simsar.az-a bir sıra planlar üzərində iş apardığını deyib. Müğənni bildirib ki, şou-biznesdə tanınan bir şəxslə birlik yaradıblar, bu barədə təqdimat mərasimində məlumat verəcəklər.

Elton pərəstişkarlarına «Nakam» adlı sinql təqdim edəcək. Bununla yanaşı o, Sevda Yəhyayeva ilə daha bir duet oxuyacaq. Mayın 22-də isə Heydər Əliyev Saraydea solo-konsert verəcək.

Vaxtilə ciddi şəkildə futbola məşğul olan Elton indi də balaban ifaçısı olmaq eşqinə düşdüyünü də bəyan edib: «Dünya üzrə məşhur iki balabançı var. Biri Türkiyədə yaşayan həmyerlimiz Əlixan Səmədov, digəri isə ermənidir. Əslində tanınmış balabançılarımız daha çox olmalıdır, çünki bütün dünya bilməlidir ki, o, bizim alətdir. Buna görə də mən də balabanın təbliğatçılarından olmaq istəyirəm».

Amiqo El

11 Aprel, 2011  18:22 Baxılıb: 1481

Bu bölmədə