Simsar.az | bizi özünüzə Simsar bilin
Ramil Usubov 6 rayonun sakinləri ilə görüşdü

Nazir şikayətçiləri Şəki Şəhər Polis Şöbəsində qəbul edib

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov polis orqanlarının fəaliyyətinə dair məsələlərlə əlaqədar martın 15-dən başlayaraq bölgələrdə vətəndaşların qəbulunu keçirir. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a bildirilib ki, bu qəbildən növbəti belə tədbir aprelin 11-də Şəki şəhərində olub. Həmin gün Şəki Şəhər Polis Şöbəsində Şəki, Balakən, Qax, Zaqatala, Oğuz və Qəbələ rayonlarının bir qrup sakinini qəbul edən nazir müraciətləri şəxsən dinləyib, onların dərhal, operativ şəkildə həll edilməsi üçün aidiyyatı üzrə Baş İdarə və xidmət rəislərinə müvafiq tapşırıqlar verib.


Daxili işlər naziri tərəfindən qəbul edilən 21 vətəndaşın polisin fəaliyyəti ilə bağlı müraciətlərinin böyük əksəriyyəti elə yerindəcə həll edilib. General-polkovnik Ramil Usubov qəbulda iştirak etmiş vətəndaşların şikayətlərinə mövcud qanunvericilik çərçivəsində obyektiv şəkildə baxılacağını və konkret tədbirlər görüləcəyini bildirib.

11 Aprel, 2011  18:15 Baxılıb: 1229

Bu bölmədə