Simsar.az | bizi özünüzə Simsar bilin
İctimai Palata Fəvvarələr meydanını hədəf seçib

Mitinq keçirmək üçün BŞİH-yə ünvanlanacaq müraciət hazırdı

İctimai Palata aprelin 17-də mitinq keçirəcəyi xəbərdarlığı ilə Bakı şəhər İcra Hakimiyyətinə (BŞİH) ünvanlayacağı məktubu hazırlayıb. Müsavat Partiyası, AXCP, KXCP və AMİP nümayəndələrinin imza atdığı müraciətdə “Nərimanov” kinoteatrının qarşısındakı meydanda kütləvi etiraz aksiyasının keçiriləcəyi bildirilib. 
Bu barədə simsar.az-a Müsavat başqanının müavini Gülağa Aslanlı məlumat verib. Aprelin 17-si saat 16.00-dan 18.00-dək keçirilməsi planlaşdırılan aksiya barəsindəki məktub bu gün günorta saatlarında BŞİH-ə təqdim olunacaq.
G.Aslanlının sözlərinə görə, müraciətdə göstərilən yerdə mitinq keçirməyə razılıq verilməsə, aksiya Fəvvarələr meydanında baş tutacaq.
Ramil

11 Aprel, 2011  16:32 Baxılıb: 3296

Bu bölmədə