Simsar.az | bizi özünüzə Simsar bilin
Yığmamızın futbolçusu “Xəzər Lənkəran”dan xaric olundu

“Xəzər Lənkəran” klubu futbol üzrə Unibank Premyer Liqasının final mərhələsində qalib gələ bilməməsinin səbəbkarını tapıb 

Simsar.az-ın məlumatına görə, bu, Azərbaycan millisinin ötən yay komandaya transfer olunan müdafiəçisi Elnur Allahverdiyevdir. 

Klub rəsmilərinin fikrincə, Allahverdiyev mütəmadi olaraq daxili intizam qaydalarını pozub. Nəticədə 28 yaşlı cinah oyunçusu “Xəzər Lənkəran”ın əsas heyətindən uzaqlaşdırılıb. Bu barədə qərar Premyer Liqanın XXVI turunda “Qarabağ”la 0:0 hesablı səfər heç-heçəsindən sonra “Xəzər Lənkəran” rəhbərliyimizin və baş məşqçi Mirça Rednikin iştirakı ilə keçirilmiş iclasda çıxarılıb. Bir neçə saat davam etmiş toplantıda komandanın son turlar qələbə qazana bilməməsinin səbəbləri araşdırılıb. Son olaraq bir neçə qərar qəbul olunub. Lakin onlardan yalnız Elnur Allahverdiyevin kənarlaşdırılması barədə qərar ictimaiyyətə açıqlanıb.

Qeyd edək ki, Premyer Liqanın final mərhələsində “Xəzər Lənkəran” AZAL-a 0:1 hesabı ilə uduzub, “Neftçi” ilə 1:1, “Bakı” və “Qarabağ”la isə 0:0 hesablı heç-heçə edib. Hazırda turnir cədvəlində 2-ci pillədə olan Lənkəran komandası lider “Neftçi”dən 6 xal geri qalır.

11 Aprel, 2011  14:45 Baxılıb: 1352

Bu bölmədə