Simsar.az | bizi özünüzə Simsar bilin
Azərbaycanlılardan 150 milyon dollar müsadirə edildi

Türkiyə - Rusiya, Rusiya - Dubay, Dubay - Türkiyə...



Türkiyə və Rusiyanın hüquq-mühafizə orqanlarının iş birliyi ilə azərbaycanlı iş adamlarına məxsus 150 milyon dollar pul saxlanılıb. Lent. az-ın xəbərinə görə, bu barədə Türkiyənin Habertürk qəzeti xəbər yayıb.

Xəbərə görə, azərbaycanlı iş adamları Nizami A., Surxay H. və Bədəlov V. aid olduğu iddia edilən 150 milyon dollar Türkiyənin Taxtaqala adlı hissəsindəki valyutadəyişmə məntəqəsinin sahibi və işçiləri tərəfindən 37 səfər çərçivəsində Rusiyaya daşınıb.
Gömrük Mühafizə Müdirliyinin heyəti pulu Rusiyaya keçirmək istəyən 14 nəfəri həbs edib, azərbaycanlı iş adamları barəsində isə axtarış elan edib.

Məlumata görə, ötən il dekabrın 14-dən Atatürk Hava Limanından Rusiyanın Vnukovo Hava Limanına gələn üçü azərbaycanlı, biri İran vətəndaşı olan 4 nəfərlik dəstə 14.5 milyon dollar və 4 milyon avro pulu gömrükdən keçirmək istəyərkən yaxalanıblar.

Bundan sonra Rusiya Federal Gömrük Servisi Mərkəzi Türkiyənin gömrük orqanları ilə yazışmalara başlayaraq, pul daşımaqda şübhəli bilinən 14 nəfərin adını bildiriblər. Rusiya Türkiyədən bu ölkədən edilən pul köçürmələrinin araşdırılmasını da istəyib.
İstanbul Gömrük Mühafizə Müdirliyi pul köçürmələri ilə bağlı son illərin ən böyük araşdırmasına başlayıb. Araşdırma çərçivəsində pul daşımasından şübhələnilən bir valyutadəyişmə məntəqəsinin sahibi və 14 işçisi saxlanılıb. Həbs edilən və xalq arasında “ayaqlı valyutadəyişənlər” adlanan Taxtaqala Valyutadəyişmə Bürosunun sahibi pul daşımanın cinayət olduğunu bilmədiklərini deyib: “Pullar azərbaycanlı iş adamı olan dostumuza aiddir. Pulları Rusiyaya 1000-2000 dollar qarşılığında daşıyırdıq”.

Araşdırmalar zamanı 14 kuryerin ötən ilin may-oktyabr ayları arasında 37 səfərə 40 milyon dollar və 10 milyon avronu Rusiyaya daşıdıqları bəlli olub.

Azərbaycanlı iş adamlarının bu yolla son 1 ildə ən azı 150 milyon dollar daşıtdıqları təxmin edilir. İstanbuldan Rusiyaya çantalarla daşınan milyonlarca dolların yenə eyni şəkildə Dubaydan Türkiyəyə daşındığı bəlli olub.

11 Aprel, 2011  13:41 Baxılıb: 1233

Bu bölmədə