Simsar.az | bizi özünüzə Simsar bilin
Telman İsmayılovun şərəfinə Bakıda ziyafət verilib

Onun şərəfinə düzənlənən məclisdə səhnəyə yalnız Namiq Qaraçuxurlu çıxıb

Rusiya və Türkiyədə ciddi biznesmen kimi tanınan azərbaycanlı oliqarx Telman İsmayılov 8 aprel tarixindən Bakıdadır. Vətəninə axşam saatlarında gələn biznesmenin şərəfinə paytaxtın Şüvəlan kəndində yerləşən istirahət mərkəzlərinin birində möhtəşəm ziyafət təşkil olunub. Məclisdə, təkcə meyxanaçı Namiq Qaraçuxurlu səhnəyə çıxıb.
Simsar.az -ın əldə etdiyi məlumata görə T.İsmayılovla yaxın dost münasibətlərində olan populyar Azərbaycan meyxançısı Namiq Qaraçuxurlu, gecəyarısına qədər dost məclisində repertuarında yer alan əksər musiqili meyxanalarını səsləndirib. 
Dostlarından birinin oğlunun toy məclisinə qatılmaqdan ötrü Azərbaycanda olan iş adamı, hələ bir neçə gün Bakıda qalacaq.

9 Aprel, 2011  22:04 Baxılıb: 1941

Bu bölmədə